Tramp: “Özümə Şərəf Medalı vermək istəyirdim”

1 Min Read

Donald Tramp özünə Konqresin Şərəf Medalı vermək istədiyini bildirib.

İzmedia.az bildirir ki, 79 yaşlı Tramp dünən Corciya ştatının Romeo şəhərində keçirilən mitinqdə ABŞ-nin İraqın Ənbar əyalətinə hücumundan 15 il sonra, yəni 2018-ci ilin dekabr ayında Əl-Əsəd hava bazasında ABŞ qüvvələrinə etdiyi gözlənilməz səfər barədə danışıb.

ABC News 4 tərəfindən yayımlanan səs yazısına görə, Tramp izdihama bildirib:

“İraqa getməyə qərar verdim. İnanılmaz dərəcədə cəsur idim. O qədər cəsur idim ki, özümə Konqresin Şərəf Medalı vermək istədim.” “Xalqımdan soruşdum ki, ‘Konqresin Şərəf Medalına özümə verə bilərəmmi?'”

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş