Tramp Canni İnfantinonun BMT-nin növbəti baş katibi olmasını istəyir – NYP

1 Min Read

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantinonun Birləşmiş Millətlər Təşkilatının (BMT) növbəti baş katibi olmasını istəyir. Bu barədə “The New York Post” (NYP) öz mənbəyinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, “Prezident Tramp FIFA prezidenti Canni İnfantinonun Birləşmiş Millətlər Təşkilatının növbəti baş katibi olmasını istəyir”.

Amerika prezidentinə yaxın mənbənin sözlərinə görə, Trampın fikrincə, İnfantino “bütün dünyanın hörmətindən zövq alır və insanları bir araya gətirmək üçün unikal bir qabiliyyətə malikdir”.

BMT-nin növbəti baş katibi bu il seçiləcək. O, dekabrın sonunda vəzifəsindən gedən portuqaliyalı Antonio Quterreşi əvəz edəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş