Azarov: Kiyev “Drujba” kəmərini Brüsselin göstərişi ilə bağlayıb

1 Min Read

Kiyev “Drujba” neft kəmərini Avropa Komissiyasının göstərişi ilə bağlayıb və bunun məqsədi Macarıstanın Baş naziri Viktor Orban üçün siyasi çətinlik yaratmaqdır.

İzmedia.az xəbər verir ki, bunu Ukraynanın keçmiş baş naziri (2010–2014) Nikolay Azarov bildirib.

Azarov TASS agentliyinə açıqlamasında deyib ki, qərar Kiyevin təşəbbüsü olmayıb:

“Bu, Orbanın seçkilərdə uduzmasını istəyən və Macarıstan üçün neft təchizatında problemlər, çatışmazlıq və narazılıq yaratmaq məqsədilə Kiyev rejimindən istifadə edən Avropa Komissiyasının əmri idi”.

Onun sözlərinə görə, kəmərin bağlanması ilə bağlı vəziyyət Orbanın seçkilərdə qələbəsinin qarşısını almaq üçün hazırlanmış ssenaridir. Azarov əlavə edib ki, Tatarıstan tərəfi boru kəmərində təmir işlərinin başa çatdığını və neft nəqlinə hazır olduqlarını açıqlayıb.

Qeyd edək ki, Avropa Birliyinin mövqeyinə baxmayaraq, Macarıstan və Slovakiya Rusiya enerji resurslarından imtina etməyib. Bununla belə, Ukrayna bu ölkələrə neft tədarükündə istifadə olunan “Drujba” kəmərini bağlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş