Nepalın maliyyə naziri: “Daşqınların vurduğu ziyan milyardlarla dollar ola bilər”

1 Min Read
Nepalın maliyyə naziri Svarnim Vaqle “Bloomberg”ə müsahibəsində ölkədə tüğyan edən daşqınların törətdiyi fəsadlar və dəymiş ziyanın həcmi barədə danışıb.
Nazir bildirib ki, itkilərin tam miqyası bir həftə və ya daha çox müddət ərzində aparılacaq qiymətləndirmələrdən sonra bəlli olacaq: “Ümumilikdə düşünürəm ki, son dəymiş zərər ölçüldükdə bu rəqəm ən azı bir neçə milyard dollar təşkil edəcək”.
S.Vaqle fəlakətin nəticələrinin aradan qaldırılması üçün beynəlxalq təşkilatların da maliyyə dəstəyi ayırdığını diqqətə çatdırıb: “Dünya Bankı digər layihələr üçün nəzərdə tutulmuş vəsaitin ən azı 10 faizini bu humanitar ehtiyaclara yönəltməyi öhdəsinə götürüb. Bu da təxminən 160 milyon dollar təşkil edəcək”.
Maliyyə naziri əlavə edib ki, Asiya İnkişaf Bankı da dərhal yardım çərçivəsində 5 milyon dollar vəsait ayırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş