Rusiya buzqıran gəmiləri Finlandiya körfəzində və Finlandiyanın ərazi sularında buzda ilişib qalan bir neçə yük gəmisinə kömək göstərir.
İzmedia.az xəbər verir ki, bu barədə Finlandiya Nəqliyyat İnfrastrukturu Agentliyini məlumat yayıb.
Agentlik bildirib ki, Finlandiya gəmiləri qış naviqasiyasının adi təcrübəsinə uyğun olaraq Rusiya buzqıranları ilə beynəlxalq əməkdaşlıq çərçivəsində yardım alır.
Məlumata əsasən, zərurət yaranarsa, Rusiya buzqıran gəmisi Finlandiyanın ərazi sularında olan yük gəmisinə də dəstək verə bilər.
İzmedia.az
![]()

