ABŞ Dövlət Departamentinin Pakistandakı səfirliyinin rəsmi saytında dərc olunmuş bəyanata əsasən, təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən Lahor və Kəraçidəki konsulluqlarda çalışan bəzi əməkdaşlara ölkəni tərk etmək göstərişi verilib.
Təlimata görə, qərar fövqəladə vəzifələri yerinə yetirməyən işçilərə, eləcə də diplomatik heyətin ailə üzvlərinə şamil edilir.
Bəyanatda qeyd olunur ki, ABŞ və İran arasında davam edən hərbi qarşıdurma fonunda region raket zərbələri, pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar və mülki aviasiyada mümkün fasilələr riski ilə üzləşməkdə davam edir.
ABŞ rəsmiləri təhlükəsizlik vəziyyətini yaxından izlədiklərini və zərurət yaranacağı təqdirdə əlavə tədbirlərin görülə biləcəyini bildiriblər.
İzmedia.az
![]()

