Türkiyədə xüsusi əməliyyat: Ankara Etimesgut bələdiyyəsinin 25 əməkdaşı saxlanılıb

1 Min Read
Türkiyə hüquq-mühafizə orqanları Ankaranın Etimesgut rayonunda növbəti xüsusi əməliyyat keçirib. “Habertürk” telekanalına istinadən verilən məlumata görə, əməliyyat çərçivəsində bələdiyyə sədrinin iki müavini də daxil olmaqla ümumilikdə 25 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində inzibati və hüquqi tədbirlər görülüb.
Əməliyyatın dəqiq səbəbləri barədə rəsmi açıqlama verilməsə də, Etimesgut bələdiyyəsində dövlət satınalmaları, tenderlər, saxta sənədlərin hazırlanması və şəhərsalma icazələrinin verilməsi zamanı qanunsuzluqlara yol verilməsi şübhəsi ilə araşdırmalar aparılırdı. Qeyd edək ki, 2026-cı ilin iyul ayında sözügedən korrupsiya təhqiqatı çərçivəsində Etimesgut bələdiyyə sədri Erdal Beşikçioğlu və onun yaxın komandası da daxil olmaqla bir çox vəzifəli şəxs həbs edilmişdi.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş