ABŞ və Ekvador terrorçu hesab edilən qruplara qarşı birgə əməliyyatlara başlayıb

0 Min Read

Ekvador və ABŞ silahlı qüvvələri Ekvador ərazisində terrorçu hesab edilən təşkilatlara qarşı birgə əməliyyatlara başlayıb.

İzmedia.az xəbər verir ki, bunu ABŞ Cənub Komandanlığı bildirib.

Məlumatda qeyd olunur ki, bu addım tərəfdaş ölkələrin Latın Amerikası və Karib hövzəsində narkotik qaçaqmalçılığına qarşı mübarizəyə sadiqliyinin bariz nümunəsidir.

ABŞ ordusu bəyan edib:

“Birlikdə, uzun müddətdir ki, yarımkürədə vətəndaşlar arasında terror, zorakılıq və korrupsiya yayan narkotik qaçaqmalçılarına qarşı qətiyyətli tədbirlər görürük”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş