ABŞ dövlət katibi Marco Rubio bildirib ki, ABŞ ya İranla yaxşı bir razılaşma əldə edəcək, ya da alternativ addımlar atacaq.
Reuters agentliyinin məlumatına görə, Rubio Yeni Dehlində jurnalistlərə açıqlamasında, “Ya yaxşı bir razılaşma əldə edəcəyik, ya da məsələyə fərqli yanaşmalı olacağıq”, – deyə bildirib.
Bundan əvvəl Fox News ABŞ–İran çərçivə sazişinin “95 faiz tamamlandığını” iddia etmişdi. Məlumata görə, tərəflər hələ də Hörmüz boğazı və Tehranın nüvə materialı ehtiyatları ilə bağlı müddəalar üzərində fikir ayrılığı yaşayırlar.
İzmedia.az
![]()

