ABŞ silahlı qüvvələri Yaxın Şərqdəki hərbi əməliyyatların ilk 24 saatında təxminən 779 milyon dollar xərcləyib ki, bu da 2026-cı il üçün ümumi hərbi büdcəsinin təxminən 0,1%-inə bərabərdir.
İzmedia.az bildirir ki, bu barədə Türkiyənin Anadolu Agentliyinin məlumat yayıb.
Hesabata görə, xərclərin paylanması belə olub:
-
Tomahawk raketləri: 340,4 milyon dollar
-
Qırıcı təyyarələrin uçuşları: 271,3 milyon dollar
-
HIMARS çoxsaylı buraxılışlı raket sistemləri, kəşfiyyat və logistika dəstəyi: 122,2 milyon dollar
-
B-2 strateji bombardmançı zərbələri: 30,2 milyon dollar
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Tehran və digər iri şəhərlər zərbələrə məruz qalıb, nəticədə İranın ali lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli şəxs öldürülüb. İslam İnqilabı Keşikçiləri Korpusu isə cavab əməliyyatına başlayaraq İsraildəki obyektlərə, həmçinin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ bazalarına zərbələr endirib.
İzmedia.az
![]()

