Ukraynaya qarşı aparılan xüsusi hərbi əməliyyat çərçivəsində Zaporojye istiqamətində fəaliyyət göstərən Rusiya pilotsuz uçuş aparatlarının (PUA) operatorları fiber optik rabitədən istifadə edir və hazırda fəaliyyəti məhdud olan Starlink terminallarına ehtiyac duymurlar.
İzmedia.az xəbər verir ki, bu barədə Zaporojye bölgəsində çalışan kvadrokopter PUA ekipajının operatoru, çağırış işarəsi “Gera”, TASS agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, mövqelərdə fiber optik xətlər quraşdırılıb və ehtiyat kimi radio körpülər də mövcuddur: “Mövqelərimizdə fiber optika quraşdırılıb və ehtiyatda radio körpülərimiz də var, buna görə də radio rabitəsi həmişə təmin olunacaq. Heç nə dəyişməyib”.
Hərbçi qeyd edib ki, pilotsuz sistem operatorları qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirirlər.
İzmedia.az
![]()

