Rusiya səfiri: Kanadanın Arktikanın hərbiləşdirilməsinə çalışması öz təhlükəsizliyinə zərbədir

1 Min Read

Kanadanın Arktik regionunun militarizasiyasına yönələn təşəbbüsləri ölkənin öz təhlükəsizliyini sarsıda bilər.

İzmedia.az xəbər verir ki, bu sözləri Rusiyanın Kanadadakı səfiri Oleg Stepanov deyib.

Rusiyalı diplomat bu fikirləri Kanadanın xarici işlər naziri Anita Anandın NATOnu Arktikaya daha çox diqqət yetirməyə çağıran son açıqlamasını şərh edərkən səsləndirib.

“Arktikanın hərbiləşdirilməsi heç bir yaxşılığa gətirib çıxarmayacaq. Rəsmi Ottawanın bu məsələni NATO daxilində təşviq etmək cəhdləri təəssüf doğurur. Bu cür istəklər mahiyyət etibarilə mənasızdır və Kanadanın öz təhlükəsizliyini sarsıdır. Hər bir hərəkət əks-hərəkətə səbəb olur. Mark Karney hökuməti bunu başa düşməlidir”, – deyə Stepanov TASS agentliyinə bildirib.

Diplomatın sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi dəyişməz qalır.

“Biz Arktikanı münaqişələrdən azad, sülh bölgəsi kimi qorumağın tərəfdarıyıq. Eyni zamanda, orada milli maraqlarımızı hər zaman müdafiə edəcəyik. Rusiya özünü təmin edən Arktika dövlətidir və şimal enliklərində, haradan qaynaqlanmasından asılı olmayaraq, istənilən çağırışa cavab vermək üçün bütün imkanlara malikdir”, – deyə rusiyalı diplomat vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş