CBS News: Pakistan İran hərbi təyyarələrinin öz aerodromlarında yerləşdirilməsinə icazə verib

1 Min Read

CBS News-un mayın 12-də ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Pakistan gizli şəkildə İranın bir neçə hərbi təyyarəsinin öz aerodromlarında yerləşdirilməsinə icazə verib.

Məlumatda bildirilir ki, bu addım İran təyyarələrini ABŞ-ın mümkün hava hücumlarından qorumaq məqsədi daşıyıb.

“Tehran və Vaşinqton arasında diplomatik vasitəçi rolunda çıxış edən Pakistan İran döyüş təyyarələrinin öz aerodromlarında yerləşdirilməsinə səssiz şəkildə razılıq verib və bununla da onları potensial Amerika hücumlarından qoruyub”, – deyə nəşr qeyd edib.

CBS News-un mənbələrinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın aprelin əvvəlində İranla bağlı atəşkəs elan etməsindən bir neçə gün sonra Tehran bir neçə hərbi təyyarəni Pakistanın “Nur Xan” aviabazasına köçürüb.

Bildirilir ki, həmin texnikalar arasında İranın RC-130 BBG tipli kəşfiyyat təyyarəsi də olub.

Məlumata əsasən, İran mülki aviasiyasının bir hissəsi də müvəqqəti olaraq Əfqanıstanın paytaxtı Kabilə yönləndirilib. Daha sonra Pakistan ilə “Taliban” hərəkatı arasında münasibətlərin gərginləşməsi və hava zərbələrinin başlaması fonunda təyyarələr İran sərhədinə yaxın Herat hava limanına köçürülüb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş