Rusiyanın Sakit Okean Donanmasının gəmilərindən ibarət dəstə Myanma İttifaqı Respublikasının Tilava limanında işgüzar səfər həyata keçirib.
Donanmanın mətbuat xidmətinin məlumatına görə, səfərdə “Sovershennı” və “Rezky” korvetləri, eləcə də “Peçenqa” orta ölçülü dəniz tankeri iştirak edib.
Rusiya donanmasının gəmilərini Myanmadakı səfirliyin nümayəndələri və Myanma Hərbi Dəniz Qüvvələrinin zabitləri sahildə qarşılayıb.
Məlumatda bildirilib ki, növbəti bir neçə gün ərzində Rusiya dənizçiləri mədəniyyət və yerli görməli yerlərlə tanış olacaq, həmçinin ev sahibi ölkənin dəniz piyadaları ilə dostluq idman yarışlarında iştirak edəcəklər.
Qeyd olunur ki, Sakit Okean Donanmasının bu dəstəsi 12 fevral 2026-cı ildə Vladivostokdan Asiya-Sakit Okean regionunda uzun məsafəli təlimlər üçün yola düşüb. Bundan əvvəl gəmilər Malayziyanın Corctaun limanına baş çəkmişdi.
İzmedia.az
![]()

