ABŞ prezidenti Donald Tramp “The Times of Israel” qəzetinə verdiyi müsahibədə bildirib ki, İrandakı əməliyyata son qoymaq qərarı Vaşinqton və Qüds tərəfindən birgə veriləcək.
Tramp deyib:
“Düşünürəm ki, bu, birgə qərardır… Biz (İsrail Baş naziri Benyamin Netanyahu və mən) burada danışdıq. Mən düzgün vaxtda qərar verəcəyəm, amma hər şey nəzərə alınacaq.”
O, əlavə edib ki, İran İsrailin və onunla əlaqəli hər şeyin yox olmasına nail olmaq niyyətindədir.
ABŞ prezidenti yekun olaraq bildirib:
“Biz birlikdə işlədik. İsraili məhv etmək istəyən bir ölkəni məhv etdik.”
İzmedia.az
![]()

