Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda mövqeyini dəyişməyib, digər tərəflər isə Yaxın Şərqdəki vəziyyəti izləyərək geri çəkilib.
İzmedia.az xəbər verir ki, bu barədə o, TASS agentliyinə müsahibəsində Rodion Miroşnik bildirib.
Diplomatın sözlərinə görə:
“Rusiya yanaşmasını dəyişməyib. Moskva verdiyi açıqlamalara uyğun olaraq irəliləməyə davam edir. Başqaları isə fasilə verib və özlərini yalnız ‘bəli, biz həmişə danışıqlara hazırıq, amma həmişəki kimi, təkliflərin heç birini bəyənmirik’ deməklə məhdudlaşdırmağa çalışırlar. İndi düşünürəm ki, danışıqlarda birbaşa və ya dolayı yolla iştirak edən ölkələr gözləmə mövqeyi tutublar və hamı Yaxın Şərqdə baş verənləri diqqətlə izləyir”.
İzmedia.az
![]()

