Afrika İttifaqı kölə ticarəti üçün Avropa ölkələrinə Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağı planlaşdırır

1 Min Read

Afrika İttifaqına (AU) üzv dövlətlər bir neçə Avropa ölkəsinə qarşı kölə ticarəti ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağı planlaşdırır.

İzmedia.az bu barədə “The Daily Telegraph“a istinadən xəbər verir.

Qəzet yazır ki, “Afrika Birliyi üzvləri əsrlər boyu köləlik və imperiya fəaliyyətləri ilə bağlı keçmiş müstəmləkə güclərinə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmağa hazırlaşır və transatlantik kölə ticarətini insanlığa qarşı cinayət hesab edirlər”.

Məlumata görə, AU ölkələri Böyük Britaniya, Fransa, İspaniya və Portuqaliyadan təzminat tələb etməyi planlaşdırır. Onlar hesab edirlər ki, 17-ci və 18-ci əsrlərdə həyata keçirilmiş kölə ticarəti “bəşəriyyətə qarşı cinayət”dir və buna görə kompensasiya ödənilməlidir.

Uqanda hakimi Martin Okumu Masiga tarixi cinayətlərə görə təzminat presedentlərinə işarə edib. O nümunə olaraq deyib: “Almaniya Holokost üçün təzminat ödəyib. ABŞ İkinci Dünya Müharibəsi zamanı həbsdə olan yapon amerikalılara kompensasiya ödəyib”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş