İsrail pilotun İndoneziya vətəndaşı olması səbəbindən “Ethiopian Airlines” təyyarəsinin enişinə icazə verməyib

1 Min Read
İsrailin aviasiya qurumları Əddis-Əbəbədən Təl-Əvivə uçuş həyata keçirən “Ethiopian Airlines” aviaşirkətinə məxsus yük təyyarəsinə eniş icazəsi verməkdən imtina edib. “Ynet” xəbər portalının məlumatına görə, imtinaya təyyarə havada olarkən göndərilən heyət siyahısında ikinci pilotun İndoneziya vətəndaşı olmasının müəyyən edilməsi səbəb olub. İsrail aviasiya təhlükəsizliyi qaydalarına əsasən, Tel-Əviv ilə diplomatik əlaqələri olmayan ölkələrin vətəndaşlarının ölkə hava məkanına idarəedici heyət qismində daxil olmasına icazə verilmir.
Enişdən imtina cavabı alan təyyarə yanacağını boşaltdıqdan sonra geriyə — Efiopiyaya qayıtmağa məcbur olub. Əddis-Əbəbədə pilot dəyişdirildikdən sonra təyyarə yenidən havalanaraq Ben Qurion hava limanına təhlükəsiz eniş edib. İsrail hakimiyyətinin heyət siyahılarına nəzarəti sərtləşdirməsinə sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində ikinci pilotun kapitana hücum etməsi ilə nəticələnən təhlükəsizlik insidenti səbəb olub.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş