Rusiya son bir həftədə təxminən 5000 dron vurduğunu açıqlayıb

1 Min Read

Son bir həftə ərzində Rusiya bölgələri üzərində və xüsusi hərbi əməliyyat zonasında təxminən 5 000 pilotsuz uçuş aparatı vurulub.

İzmedia.az bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatlarına istinadən xəbər verir.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri 9–15 mart tarixlərində Rusiya bölgələri üzərində ümumilikdə 1759 Ukraynaya məxsus sabit qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib. Xüsusi hərbi əməliyyat zonasında isə Rusiya qüvvələri tərəfindən daha 3160 pilotsuz uçuş aparatı vurulub.

Məlumata görə, martın 15-də Rusiya bölgələri üzərində 436 dron vurulub ki, bu da son həftə ərzində qeydə alınan ən yüksək göstəricidir. Hücumların Rusiyanın Volqaboyu, Cənubi, Şimali Qafqaz, Şimal-Qərb və Mərkəzi federal dairələrində yerləşən bölgələri əhatə etdiyi bildirilib.

Ümumilikdə isə son bir həftə ərzində 4919 Ukrayna pilotsuz uçuş aparatının məhv edildiyi qeyd olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş