Donald Tramp bildirib ki, ABŞ hələ İrana qarşı hərbi əməliyyatın başa çatdığını elan etməyə hazır deyil.
O, Florida ştatından Vaşinqtona gedərkən jurnalistlərə açıqlamasında qeyd edib:
“Mən hələ də bitdiyini elan etmirəm”.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran də daxil olmaqla ölkənin böyük şəhərləri zərbələrə məruz qalıb. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhdidləri ilə əsaslandırıb.
Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib. Bundan əlavə, Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ hərbi bazalarına da zərbələr endirilib.
Məlumata görə, Ayətullah Əli Xamenei və bəzi digər İran liderləri ABŞ-İsrail birgə hücumu nəticəsində həlak olub.
İzmedia.az
![]()

