Aeroflot-un mətbuat xidməti bildirib ki, mart-iyun ayları ərzində Moskva ilə Banqkok, Pxuket, Male və Kolombo arasında əlavə 43 gediş-dönüş uçuşu təşkil ediləcək.
Şirkətin məlumatına görə, əvvəllər elan edilmiş 25 əlavə uçuşa əlavə olaraq, bu yeni xidmətlər mart, aprel, may və iyun aylarında sərnişin tələbatını ödəmək məqsədilə həyata keçiriləcək. Bu artım xüsusilə Yaxın Şərqdəki qeyri-sabit vəziyyət səbəbindən tranzit uçuşlarının ləğv edilməsindən sonra yaranan tələbatı əhatə edir. Bilet satışları artıq açıqdır.
Uçuşlar 402 oturacaq tutumuna malik genişfüzelyajlı Boeing 777 təyyarələri ilə həyata keçiriləcək. Ümumilikdə, Aeroflot Kolomboya və Kolombodan 16.884, Pxuketə və Pxuketdən 8.520, Banqkok və Male ilə bağlı marşrutlarda isə hər biri 4.824 yer təklif edəcək.
İzmedia.az
![]()

