“R-Pharm”ın Almaniyadakı törəməsi müflis olub

1 Min Read

Rusiyanın R-Pharm əczaçılıq şirkətinin Almaniyadakı törəmə müəssisəsi müflis olduğunu elan edib.

İzmedia.az xəbər verir ki, bu barədə NTV telekanalı şirkətin müvəqqəti meneceri Markus Froehlichə istinadən məlumat yayıb.

Markus Froehlich bildirib ki, iflasın əsas səbəbləri sırasında Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Rusiyada biznes mühitinə mənfi təsir göstərən sərt tədbirlər dayanır.

Onun sözlərinə görə, təxminən 300 əməkdaşı olan R-Pharm Germany şirkətinin baş ofisi Bavariya əyalətinin İllertissen şəhərində yerləşir. Hazırda şirkəti satın ala biləcək potensial investorların axtarışı aparılır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş