Tramp: NATO müttəfiqləri İrana qarşı əməliyyata qoşulmaq istəmir

1 Min Read

Donald Tramp bildirib ki, ABŞ-nin NATO üzrə müttəfiqlərinin əksəriyyəti İrana qarşı hərbi əməliyyatda iştirak etmək niyyətində olmadıqlarını açıqlayıb.

ABŞ prezidenti Truth Social platformasında paylaşdığı açıqlamada qeyd edib ki, NATO ölkələrinin böyük hissəsi Vaşinqtonun Yaxın Şərqdə həyata keçirdiyi əməliyyatlara qoşulmaq istəmədiyini bildirib. O vurğulayıb ki, ABŞ hərbi uğurlar əldə etdiyi üçün artıq müttəfiqlərin dəstəyinə ehtiyac duymur.

Donald Tramp əlavə edib ki, ABŞ heç vaxt digər ölkələrin köməyinə ehtiyac hiss etməyib və bu mövqe Yaponiya, Avstraliya və Cənubi Koreya kimi tərəfdaşlara da aiddir.

“Bizim heç kimin köməyinə ehtiyacımız yoxdur”, – deyə o bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş