Britaniyada Leyborist Partiyası 60 ildən sonra ilk dəfə seçkilərdə uduzdu

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Keir Starmer rəhbərlik etdiyi Leyborist Partiyası Böyük Britaniyada keçirilən yerli seçkilərdə ağır məğlubiyyətlə üzləşib.

Məlumata görə, partiya mərkəzi və şimal İngiltərədə – ənənəvi dayaq bölgələrində ciddi dəstək itkisi yaşayıb. Baş nazir Kir Starmer nəticələri “həqiqətən çox pis” adlandıraraq seçicilərin dəyişikliklərin daha sürətli həyata keçirilməsini istədiyini bildirib.

Yerli media seçkilərin nəticələrini Starmer üçün “sillə” kimi qiymətləndirib. Böyük Britaniyanın müdafiə naziri John Healey isə hökumətin mövqelərini geri qaytaracağını və vədlərin daha sürətlə yerinə yetiriləcəyini deyib.

Mühafizəkarlar Partiyasından Lordlar Palatasının üzvü Robert Hayward bildirib ki, İngiltərə tarixində ilk dəfə real çoxpartiyalı siyasi sistem formalaşır. Onun sözlərinə görə, mandatların əhəmiyyətli hissəsi “Yaşıllar” və Reform UK partiyasına keçir.

Qeyd edək ki, daha əvvəl Kir Starmer populyarlığının azalmasına baxmayaraq istefa verməyəcəyini açıqlamışdı.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş