Livan Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin Livanın paytaxtı Beyrutun mərkəzinə təkrar hücumu nəticəsində ən azı iki nəfərin öldüyü bildirilib.
İzmedia.az xəbər verir ki, bəyanatda deyilir:
“İsrailin Zuqaq əl-Blat məhəlləsindəki Riad əl-Solh prospekti yaxınlığındakı yaşayış binasına hücumu nəticəsində iki nəfər ölüb, daha altı nəfər yaralanıb”.
Nazirlik əlavə edib ki, “xilasetmə işləri davam edir; ölənlərin sayı arta bilər”.
İzmedia.az
![]()

