Fransada tələbə etirazları: 200-dən çox təhsil müəssisəsi fəaliyyətini dayandırıb

1 Min Read
Fransanın təhsil naziri Eduard Ceffri ölkə daxilində genişlənən tələbə etirazları səbəbindən təxminən 200 orta məktəbin fəaliyyətini müvəqqəti dayandırdığını bəyan edib. Nazir “France Inter” radiosuna verdiyi müsahibədə bildirib ki, görülən tədbirlər sayəsində əvvəlki həftələrlə müqayisədə bağlanan təhsil müəssisələrinin sayında nisbi azalma müşahid olunur.
Buna baxmayaraq, etiraz hərəkatının təşkilatçıları aksiyaların dayandırılmayacağını və oktyabrın 13-nə planlaşdırılan kütləvi nümayişlərə fəal qoşulacaqlarını bəyan ediblər. Fransada tələbə və şagirdlərin təhsil islahatlarına qarşı keçirdiyi etiraz dalğası ölkənin bir çox regionlarında tədris prosesinin pozulmasına səbəb olmaqdadır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş