Rusiyanın strateji raket sualtı qayıqları tam döyüşə hazırdır – Hərbi Dəniz Qüvvələrinin komandanı

1 Min Read

Rusiya Prezidentinin rəhbərliyi altında keçirilən yoxlamalar və dəniz təlimləri zamanı təsdiqləndiyi kimi, Rusiyanın strateji raket daşıyan sualtı qayıqları (SSBN) tam döyüş hazırlığındadır.

İzmedia.az xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı admiral Aleksandr Moiseyev bildirib.

“SSBN-lər tam döyüş hazırlığındadır və bu, dəfələrlə yoxlamalar zamanı, o cümlədən Rusiya Federasiyası Prezidentinin göstərişi ilə hər il keçirilən dəniz təlimləri zamanı təsdiqlənib”, – deyə o, “Krasnaya Zvezda” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, 955 Layihəsi Borey sinifli sualtı qayıqlar Rusiyaya bu əsrin ortalarına qədər xidmət edəcək. Moiseyev qeyd edib ki, “Bəlkə də daha uzun müddət, çünki bu layihənin əhəmiyyətli modernləşdirmə potensialı var”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş