İranın dövlət televiziyasının məlumatına görə, ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində mülki obyektlərə ziyan dəyib.
Bildirilir ki, hücumlar zamanı iki yaşayış binası, bir tibb mərkəzi və bir yanacaqdoldurma məntəqəsi ciddi zərər görüb.
Məlumata əsasən, Tehranın bəzi məhəllələrində su təchizatı ilə bağlı problemlər də qeydə alınıb.
Bundan əvvəl İran mediası paytaxtda raket və hava zərbələri nəticəsində baş verə biləcək partlayışlar barədə məlumat yaymışdı.
İzmedia.az
![]()

