Daxili işlər naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin sırasından seçim edəcək

1 Min Read

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda vətəndaşların müraciətlərini dinləyəcək və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən izmedia.az -a verilən məlumata görə, həmin gün Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarının sakinləri müraciətlərini çatdıra biləcəklər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı martın 31-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin “E-Polis” mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 1-i saat 08:00-da Cəlilabad Olimpiya İdman Kompleksində keçiriləcək.

Onu da qeyd edək ki, nazirlə görüşə və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş