Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Hüseyn Əndrabi CNN-ə bildirib ki, İslamabad Vaşinqton və Tehran arasında danışıqlara ev sahibliyi etməyə hazırdır .
İzmedia.az xəbər verir ki, Andrabi ABŞ televiziya kanalına verdiyi müsahibədə bildirib ki, “Əgər hər iki tərəf razılığa gələrsə, Pakistan həmişə danışıqlara ev sahibliyi etməyə hazırdır”.
Daha əvvəl N12 televiziya kanalı İsrail rəsmisinə istinadən bildirib ki, ABŞ və İran nümayəndələri arasında görüş bu həftənin sonlarında Pakistanın paytaxtı İslamabadda baş tuta bilər.
ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, əvvəlki iki gündə Vaşinqton və Tehran Yaxın Şərqdəki hərbi əməliyyatlara son qoymaq üçün “məhsuldar danışıqlar” aparıblar.
İzmedia.az
![]()

