İran: ABŞ ilə danışıqlarda yeganə rəsmi vasitəçi Pakistandır

1 Min Read

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, hazırda Pakistandan başqa heç bir ölkə İran və Amerika Birləşmiş Ştatları arasında aparılan danışıqlar prosesində rəsmi vasitəçi kimi iştirak etmir.

Diplomat mətbuat brifinqində qeyd edib ki, Pakistan hazırda Tehran və Vaşinqton arasında diplomatik prosesdə yeganə rəsmi vasitəçidir. Onun sözlərinə görə, digər ölkələr məsləhətləşmələr aparsalar da, vasitəçiliyin nəticəliliyi tərəflərin öhdəliklərinə əməl etməsindən asılıdır.

Məlumatda qeyd olunur ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik “ikitərəfli” atəşkəs elan edib.

Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. Lakin hər iki tərəf danışıqlardan sonra fikir ayrılıqları səbəbindən uzunmüddətli həll üzrə razılığın əldə olunmadığını açıqlayıb. Yeni danışıqlar raundunun detalları isə hələ müəyyən edilməyib.

Aprelin 13-də ABŞ-ın İrana qarşı dəniz blokadası istiqamətində addımlar atdığı da bildirilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş