Pentaqon rəhbərliyi qərargahında jurnalistlər üçün iş sahəsini bağlayıb

1 Min Read

ABŞ Müdafiə Nazirliyi akkreditə olunmuş jurnalistlərə nazirliyin qərargahındakı iş yerlərini tərk etmələrini əmr edib.

İzmedia.az xəbər verir ki, bu qərar məhkəmənin Pentaqonun hərəkətlərini media işçilərinin hüquqlarının pozulması kimi tanımasından sonra verilib.

Bu barədə Müdafiə Nazirinin İctimaiyyətlə Əlaqələr üzrə köməkçisi Şon Parnellin 23 martda verdiyi açıqlamada bildirilib.

Parnellin sözlərinə görə, Pentaqon Kolumbiya Rayon Məhkəməsinin qərarı ilə razı deyil, lakin ona əməl edir. Məhkəmə “The New York Times” (NYT) qəzetinin iddiasını təmin edərək, departamentin qəzetin yeddi müxbirinin pasportlarını bərpa etməsini və ötən ilin oktyabr ayında tətbiq edilən akkreditasiya məhdudiyyətlərini aradan qaldırmasını əmr edib.

Bütün bunlarla əlaqədar olaraq, Pentaqon departamentin qərargahında uzun müddətdir fəaliyyət göstərən jurnalistlərin iş sahəsinin dərhal bağlanmasını əmr edib. “Yeni iş sahəsi Pentaqonun mərkəzi binasının xaricində, lakin onun ərazisində ayrıca bir binada yaradılacaq. Hazır olan kimi istifadəyə veriləcək”, – deyə Parnell bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş