Qustavo Petro: Təyyarə qəzasında Kolumbiyanın keçmiş prezidenti İvan Duke günahkardır

1 Min Read

Kolumbiya prezidenti Qustavo Petro keçmiş lider İvan Dukeni Hərbi Hava Qüvvələrinə məxsus hərbi nəqliyyat təyyarəsinin qəzasında iştirak etməkdə ittiham edib.

İzmedia.az xəbər verir ki, o, müvafiq açıqlamanı X sosial şəbəkəsindəki səhifəsində verib.

Petronun sözlərinə görə, Kolumbiya hakimiyyəti 2020-ci ildə ABŞ-dan 1983-cü il istehsalı olan təyyarə alıb. O bildirib ki, ölkənin əvvəlki rəhbərliyi aviasiya avadanlıqlarının yenilənməsini təmin etməyib və digər xərclərə üstünlük verib.

Prezident həmçinin yeni avadanlıqların alınması prosesini sürətləndirməyin zəruriliyini qeyd etdi və hökumətə bu məsələni həll etməyi tapşırıb.

Kolumbiyanın cənubundakı Putumayo departamentində Hercules C-130 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 117 sərnişin (əsasən hərbçilər), eləcə də 11 heyət üzvü olub. Ən azı 66 nəfər sağ qalmayıb. Qəza Puerto Leguizamo ərazisində havaya qalxdıqdan qısa müddət sonra baş verib. Qəza yerində xilasetmə əməliyyatları davam edir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş