KTMT Özbəkistanla əməkdaşlığa ümid edir

1 Min Read

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təşkilata üzv olmayan ölkələrlə, xüsusən də Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Bu barədə KTMT-nin baş katibi Taalətbek Masadikov “İzvestiya”ya verdiyi müsahibədə bildirib.

“Regional kontekstdə KTMT, qarşılıqlı etimada və regiondakı bütün ölkələrin maraqlarına hörmətə əsaslanan yeni Avrasiya təhlükəsizlik arxitekturasının formalaşdırılmasına yönəlmiş geniş siyasi dialoq ideyasını təşviq edir. Biz bu işdə həm Özbəkistanla, həm də regiondakı bir çox digər ölkə və birliklərlə böyük perspektivlər görürük”, – deyə o qeyd edib.

Hazırda Daşkənd təşkilatda tərəfdaş və ya müşahidəçi statusuna malik deyil, lakin gələcəkdə bu formatlar aktivləşdirilə bilər. Özbəkistan 2012-ci ildə KTMT-dəki üzvlüyünü dayandırıb, lakin o vaxtdan bəri ikitərəfli əlaqələr kəsilməyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş