ABŞ danışıqlar baş tutsa belə, İrana daha iki-üç həftə zərbə endirəcək – Xəbər Agentliyi

2 Min Read

Axios mənbələrə istinadən xəbər verir ki, ABŞ ordusu, Vaşinqton və Tehran arasında birbaşa danışıqlar aparılsa belə, ən azı iki-üç həftə ərzində İran ərazisinə zərbələr endirməyə davam etməyi planlaşdırır.

Xəbər agentliyinin məlumatına görə, Ağ Ev münaqişənin diplomatik yolla həlli üçün şərait yaradır, eyni zamanda hərbi təzyiqi artırır və qüvvələri potensial quru işğalına hazırlayır.

Pakistanın Baş naziri Şehbaz Şərif bir gün əvvəl özünün X səhifəsində ölkəsinin ABŞ və İran arasındakı münaqişənin həllinə yönəlmiş danışıqlara ev sahibliyi etməyə hazır olduğunu yazmışdı. N12 telekanalı əvvəllər İsrail rəsmisinin sözlərinə görə, ABŞ və İran nümayəndələri arasında görüş bu həftənin sonlarında İslamabadda keçirilə bilər. Daha əvvəl The New York Times mənbələrə istinadən ABŞ-ın İran hakimiyyətinə Yaxın Şərq münaqişəsinə son qoymaq üçün 15 maddəlik plan göndərdiyini bildirmişdi. Qəzetin məlumatına görə, plan İranın raket və nüvə proqramları ilə bağlı məsələləri əhatə edir. Bundan əlavə, sənəddə naviqasiya azadlığı məsələsi də yer alır.

ABŞ Prezidenti Donald Tramp 23 martda özünün Truth Social səhifəsində yazıb ki, ABŞ və İran son iki gündə Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılması ilə bağlı konstruktiv danışıqlar aparıblar. O, həmçinin Pentaqona İranın enerji infrastrukturuna zərbələri beş gün təxirə salmağı əmr etdiyini bildirib. Öz növbəsində, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi IRNA xəbər agentliyinə bildirib ki, Tehran Vaşinqtonla heç bir danışıqlar aparmayıb, lakin öz mövqeyini vasitəçilərə bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş