Bakıya yağış, dağlara qar yağır – Faktiki hava

0 Min Read

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

İzmedia.Az “Qafqazinfo” a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq, Qrıza qar, ölkənin əksər bölgələrinə isə yağış yağır.

Hazırda Bakıda və Abşeron yarımadasında da intensiv xarakterli yağış yağır. Yağıntının miqdarı 46 mm qeydə alınır ki, bu da aylıq normanın 195 %-ni təşkil edir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş