Ukrayna dronları Leninqrad bölgəsinə hücum edib, 36 dron məhv edilib

1 Min Read

Martın 27-si gecəsi Ukrayna dronları Rusiyanın Leninqrad bölgəsinə kütləvi hücum həyata keçirib. Bölgə rəhbəri Aleksandr Drozdenko bildirib ki, hücum zamanı 36 dron məhv edilib və ilkin məlumata görə, itki qeydə alınmayıb. O, hücum nəticəsində obyektlərin zədələnib-zədələnmədiyini dəqiqləşdirməyib.

Şahid videolarının təhlilinə görə, Primorsk və Ust-Luqa limanları ərazisində partlayış səsləri eşidilib. Hələlik bu zərbələrin nəticələri barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, bu, Rusiyanın Baltik dənizindəki limanlarına bu həftə edilən üçüncü hücumdur. Daha əvvəl 23 və 25 mart tarixlərində də oxşar zərbələr qeydə alınıb. Primorsk və Ust-Luqa limanları Rusiyanın ən böyük neft ixrac mərkəzlərindəndir və ölkənin neft ixracının təxminən 40%-i bu limanlar vasitəsilə həyata keçirilir.

Məlumatlara görə, hücumlar nəticəsində Pulkovo hava limanı müvəqqəti olaraq uçuşlara məhdudiyyət tətbiq edib və 60-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib. Rusiya Müdafiə Nazirliyi isə gecə ərzində 85 dronun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Dronlar Bryansk, Leninqrad, Voloqda, Smolensk, Belqorod, Kursk, Pskov və Moskva vilayətlərinin üzərində, eləcə də işğal olunmuş Krım və Qara dənizdə müşahidə olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş