Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan bildirib ki, Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması regionun iqtisadi potensialının üzə çıxması üçün əlavə imkanlar yaradır.
İzmedia.az xəbər verir ki ,bu barədə o, Çimkənddə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclası zamanı çıxışında deyib.
Onun sözlərinə görə, bu addım nəqliyyat və logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarətin inkişafına necə töhfə verdiyini göstərən bariz nümunədir.
Qriqoryan daxili bazarların qorunmasının vacibliyinə də diqqət çəkib. O qeyd edib ki, bazarın sistemli şəkildə monitorinqi yaranan disbalansların vaxtında aşkar edilməsinə və daxili bazarın qorunması, həmçinin yerli istehsalçıların dəstəklənməsi üçün effektiv tədbirlərin hazırlanmasına imkan verir.
İzmedia.az
![]()

