Ərdoğan ABŞ-İran razılaşmasını “vacib addım” adlandırıb

1 Min Read

 

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ABŞ və İran arasında imzalanan müqaviləni müharibənin bitməsi istiqamətində “çox vacib addım” kimi qiymətləndirib.

Anadolu Agencynin məlumatına görə, Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, bu razılaşma bütün regiona rahatlıq gətirir və Türkiyə prosesdən məmnundur.

O qeyd edib ki, bölgə ciddi təhlükə altında idi, lakin hazırda vəziyyət daha sabit görünür. Ərdoğan Türkiyənin bu razılaşmanın əldə olunmasında rol oynadığını da vurğulayıb.

Prezident əlavə edib ki, əldə olunan anlaşmanın regionda davamlı sülh və sabitliyə yol açacağına ümid edir.

NATO ilə bağlı açıqlamasında isə Ərdoğan Türkiyənin alyansın sülhməramlı missiyalarına dəstək verən aparıcı ölkələrdən biri olduğunu bildirib. O, ölkəsinin müdafiə qabiliyyətini gücləndirməklə yanaşı, NATO-nun çəkindirici gücünə də töhfə verdiyini qeyd edib.

Ərdoğan Türkiyənin strateji mövqeyi və hərbi imkanlarına görə alyans daxilində mühüm rol oynamağa davam edəcəyini deyib və Ankarada keçiriləcək NATO sammitinə marağın artdığını vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş