Ukrayna Prezidenti Volodimir Zelenski faktiki olaraq ölkəyə tam nəzarət etmir və Rusiya ilə sülh müqaviləsi imzalamağa cəhd edərsə, həyatı təhlükə altına düşə bilər.
İzmedia.az xəbər verir ki, bunu ABŞ-li siyasi analitik Qarland Nikson TASS agentliyinə açıqlamasında bildirib.
Niksonun sözlərinə görə, əgər Zelenski müharibəni dayandırmaq üçün sülh razılaşması imzalasa, Kiyevə qayıtması çətin ola bilər: “Oradakı radikal qüvvələr onun həyatını təhdid edə bilər və fürsət yaranarsa, ona qarşı zor tətbiq edə bilərlər”.
Analitik iddia edib ki, mövcud vəziyyətdə Zelenski ölkəyə tam rəhbərlik etmir və daha çox xarici təsirlərin altında fəaliyyət göstərir.
Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti-nin keçmiş əməkdaşı Vasili Prozorov da oxşar fikirlər səsləndirib. O bildirib ki, Zelenski ABŞ-ın tövsiyələrinə uyğun olaraq Rusiya ilə danışıqlarda mövqeyini yumşaltsa, bu, onun üçün təhlükəli nəticələrə səbəb ola bilər.
İzmedia.az
![]()

