Tramp Venesuelanı ABŞ-ın 51-ci ştatına çevirmək istədiyini açıqladı

Nərmin
1 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Trump Venesuelanı Amerikanın 51-ci ştatına çevirmək imkanını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. O, bu addımın əsas səbəbi kimi ölkənin trilyonlarla dollar dəyərində qiymətləndirilən nəhəng neft ehtiyatlarını göstərib.

Fox News kanalına müsahibəsində Tramp Venesuelanın ABŞ-a birləşdirilməsi məsələsini “ciddi düşündüyünü” deyib. Jurnalist Bill Melugin isə prezidentin Venesuelanın 40 trilyon dollarlıq neft ehtiyatlarına xüsusi maraq göstərdiyini və “Venesuelanın Trampı sevdiyini” iddia etdiyini açıqlayıb.

Bu açıqlama ABŞ-ın yanvar ayında keçirdiyi hərbi əməliyyatdan sonra Venesuela prezidenti Nicolás Maduronun hakimiyyətdən getməsi fonunda səslənib. Hazırda Karakasda keçmiş vitse-prezident Delcy Rodríguez rəhbərliyində müvəqqəti administrasiya fəaliyyət göstərir.

Delsi Rodriges isə Haaqada Beynəlxalq Məhkəmədə çıxışı zamanı ABŞ-la belə bir birləşmənin mümkün olmadığını bildirib.

“Venesuela heç vaxt kiminsə koloniyası olmayacaq. Biz azad ölkəyik və müstəqilliyimizi qoruyacağıq”, – deyə o vurğulayıb.

Bununla yanaşı, Rodriges Vaşinqtonla diplomatik təmasların davam etdiyini və tərəflərin əməkdaşlıq istiqamətində danışıqlar apardığını qeyd edib.

Analitiklər hesab edir ki, Vaşinqtonun Venesuelaya marağı yalnız neftlə bağlı deyil. ABŞ enerji şirkətlərinin uzun illərdən sonra regiona geri qayıtmaq istəyi də bu planların əsas səbəblərindən biri sayılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş