“Politico”: G7 sammiti enerji böhranına həll tapmaya bilər

1 Min Read

“Politico” nəşri diplomata istinadən xəbər verir ki, G7 ölkələrinin maliyyə və energetika nazirləri, eləcə də mərkəzi bank rəhbərlərinin bazar ertəsi keçiriləcək onlayn sammitində İran ətrafındakı münaqişənin yaratdığı enerji böhranına konkret həll yolu tapılmaya bilər.

İzmedia.az-ın məlumatına görə, nəşr qeyd edir ki, görüş yekun bəyanat qəbul edilmədən başa çata bilər.

Məlumata görə, Avropada böhrana koordinasiyalı reaksiyanın olmaması ölkələri milli səviyyədə təcili tədbirlər görməyə məcbur edir. Enerji qiymətlərinin artımı Avropa ölkələrinə ciddi təsir göstərir. Bununla yanaşı, Avropa liderləri hökumətlər səviyyəsində əlavə tədbirlər imkanlarının tükəndiyini və hazırda Avropa Komissiyası-ndan koordinasiyalı addımlar gözlədiklərini bildirirlər.

“Politico”nun məlumatına əsasən, Avropa Komissiyası bu həftə böhranın aradan qaldırılması üçün yeni tədbirlər paketi təqdim etməyi planlaşdırır. Bu tədbirlərə zərər görən sənaye sahələrinə maliyyə dəstəyi, yanacaq subsidiyaları ilə bağlı dövlət yardımı qaydalarının yumşaldılması və karbon kompensasiyası xərclərinin qarşılanması daxil ola bilər.

Bir avropalı diplomat nəşrə bildirib ki, Aİ liderləri son sammitdə bu tədbirlərin yaxın günlərdə təqdim olunacağını açıq şəkildə gözlədiklərini ifadə ediblər.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş