Dron mühəndislik qrupunun baş dizayneri TASS agentliyinə bildirib ki, 30 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik “Knyaz Vandal of Novqorod” (KVN) adlı fiber-optik FPV dronun yeni modifikasiyası Rusiya ordusunun xidmətinə daxil olub.
Onun sözlərinə görə, hazırda ən geniş istifadə olunan versiya 23 kilometrlik mənzilə malik modeldir. Lakin artıq 30 kilometrlik məsafəni əhatə edən yeni modifikasiya da qəbul edilib və döyüş şəraitində sınaqdan keçirilərək effektivliyini sübut edib.
Məlumata görə, bu dron Uşkuynik Tədqiqat və İstehsalat Mərkəzi mütəxəssisləri tərəfindən hazırlanıb. “Knyaz Vandal” ilk dəfə 2024-cü ilin avqustunda, Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə daxil olmasından sonra istifadəyə verilib.
Qeyd olunur ki, fiber-optik texnologiya ilə təchiz edilən dron elektron müharibə vasitələrinə qarşı daha dayanıqlıdır və müxtəlif döyüş tapşırıqlarını yerinə yetirmək imkanına malikdir.
İzmedia.az
![]()

