Leninqrad vilayətində 38 PUA vurulub, yaralananlar var

1 Min Read

Rusiyanın Leninqrad vilayəti səmasında çərşənbə axşamı səhər saat 06:00-a qədər 38 pilotsuz uçuş aparatı (PUA) vurulub.

İzmedia.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində iki uşaq da daxil olmaqla üç nəfər xəsarət alıb: “Onlar tibbi yardım üçün müraciət ediblər, həyatları üçün təhlükə yoxdur”.

Rəsmi məlumatlara əsasən, ötən gecə ərzində Rusiyanın müxtəlif bölgələri üzərində ümumilikdə 92 Ukrayna pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş