Çuvaşiyada pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi ilə əlaqədar məktəblərdə və texniki təhsil müəssisələrində dərslər distant formata keçirilib. Bu barədə regionun təhsil naziri Dmitri Zaxarov məlumat verib.
O, Telegram kanalında bildirib: “PUA hücumu təhlükəsi ilə əlaqədar məktəblərdə və texniki məktəblərdə məsafədən təhsil rejimi elan edirik. Uşaq bağçaları ilə bağlı valideynlərə tövsiyə olunur ki, övladlarını təhsil müəssisələrinə göndərməkdən çəkinlər”.
Çeboksarı şəhərinin meri Stanislav Trofimov isə sakinləri mümkün olduqda evdə qalmağa və şəhər daxilində hərəkəti məhdudlaşdırmağa çağırıb. O, sosial şəbəkədə yazıb: “Sakit və ayıq olun, pəncərə və eyvanlara yaxınlaşmayın. Təhlükəsizlik qaydalarına ciddi əməl edin və yalnız etibarlı məlumat mənbələrinə güvənin”.
İzmedia.az
![]()

