ABŞ-də benzinin qiyməti 4 dollara yüksəlib

1 Min Read
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65

ABŞ-də benzinin qiyməti 2022-ci ilin avqust ayından bəri ilk dəfə olaraq qallon üçün 4 dollara çatıb.

İzmedia.az xəbər verir ki, bu barədə GasBuddy-nin neft bazarının təhlili rəhbəri Patrick DeHaan sosial mediada məlumat verib.

Onun sözlərinə görə, “GasBuddy” məlumatlarına əsasən, ölkə üzrə orta qiymət 2022-ci il 8 avqustdan bəri ən yüksək səviyyəyə çataraq 4 dollar olub.

Məlumata görə, ABŞ-da yanacağın ən baha olduğu ştat Kaliforniya hesab olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş