Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb

1 Min Read

Qırğızıstan Xarici İşlər Nazirliyi açıqlayıb ki, ölkənin İrandakı səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Nazirliyin bəyanatında bildirilir ki, bu qərarla əlaqədar İranda qalan Qırğızıstan vətəndaşlarına xüsusi diqqətli olmaları tövsiyə olunur. Onlara şəxsi təhlükəsizlik qaydalarına ciddi əməl etmək, izdihamlı və riskli ərazilərdən uzaq durmaq, həmçinin yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etmək tapşırılıb.

Bundan əlavə, vətəndaşlara daim şəxsiyyət sənədlərini üzərlərində saxlamaq və rəsmi məlumat mənbələrini izləmək tövsiyə edilib.

Nazirlik həmçinin vətəndaşlara müvəqqəti olaraq İrana səfər etməməyə çağırış edib. Fövqəladə hallar zamanı isə Xarici İşlər Nazirliyinin qaynar xətti və Qırğızıstanın qonşu ölkələrdəki diplomatik nümayəndəlikləri ilə əlaqə saxlanılması tövsiyə olunur.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş