Rusiyada karbohidrogen lisenziyalarının sadələşdirilmiş qaydada verilməsi ləğv oluna bilər

1 Min Read

Rusiya hökuməti xam karbohidrogenlər üçün lisenziyaların deklarativ (sadələşdirilmiş) əsasda verilməsinin ləğvi üzərində işləyir.

İzmedia.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rosnedra rəhbəri Oleq Kazanov məlumat verib.

Kazanov bildirib ki, bu istiqamətdə artıq müəyyən addımlar atılır, lakin məsələ ilə bağlı detalları açıqlamaq üçün hələ tezdir: “Bu barədə vaxtından əvvəl danışmaq istəməzdim”.

O, həmçinin xatırladıb ki, daha əvvəl səpici qızıl üçün sadələşdirilmiş qaydada lisenziyaların verilməsinin bu il ləğv ediləcəyini açıqlayıb. Bununla yanaşı, kəşfiyyat lisenziyalarının qüvvədə qalacağı vurğulanıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş