İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib ki, Tehran Vaşinqtonun münaqişənin həlli ilə bağlı təqdim etdiyi təkliflərə cavablar hazırlayıb və onların məzmunu daha sonra açıqlanacaq.
İRNAnın məlumatına görə, Bagai qeyd edib ki, bir neçə gün əvvəl vasitəçilər vasitəsilə təkliflər təqdim olunub. Onların arasında Pakistan və digər dost ölkələr vasitəsilə ötürülən 15 maddəlik ABŞ planı da olub. O vurğulayıb ki, İran həmin təklifləri “şişirdilmiş, qeyri-adi və məntiqsiz” hesab edir.
Nazirlik rəsmisinin sözlərinə görə, Tehran öz maraqları və mövqeyinə uyğun olaraq tələblərini müəyyənləşdirib. O bildirib ki, İran öz “qırmızı xətləri” barədə əvvəldən məlumatlıdır və cavablar müzakirələrin başlanğıcından hazırlanıb.
Bagai əlavə edib ki, zərurət yarandıqda bu cavabların məzmunu və onların açıqlanma forması birbaşa ictimaiyyətə təqdim ediləcək.
İzmedia.az
![]()

