Reuters agentliyinə danışan İranın yüksək vəzifəli rəsmisi bildirib ki, İran müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmaq niyyətində deyil.
Mənbənin sözlərinə görə, Tehran “müvəqqəti atəşkəs” qarşılığında boğazın açılmasını qəbul etmir. Rəsmi həmçinin Pakistanın atəşkəs təklifini aldıqlarını və hazırda bu təklifin araşdırıldığını bildirib.
Qeyd olunub ki, İran müəyyən olunmuş müddətlər çərçivəsində qərar vermək üçün təzyiqi qəbul etmir. Rəsmi əlavə edib ki, Tehran ABŞın daimi atəşkəs elan etməyə hazır olmadığı qənaətindədir.
İzmedia.az
![]()

